Avroliqanın pley-off mərhələsi çərçivəsində “Neftçi” ilə bu gün cavab matçına çıxacaq Serbiyanın “Partizan” klubu Bakıda xoşagəlməz hadisə ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Belqrad komandası oyun öncəsi son məşqə çıxdığı Tofiq Bəhramov adına Respublika stadionundan məskunlaşdıqları otelə qayıdarkən avtobusları daşa basılıb.
“Partizan”ın prezidenti Draqan Dyuriç bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, bildirib ki, hadisə zamanı hər hansı bir futbolçu xəsarət almayıb.