30 Sentyabr 2024
Kateqoriyasız

“Partizan”ın baş məşqçisi: “Tərəfləri ehtiyatlı olmağa çağırıram”

Avroliqanın play-off mərhələsində "Neftçi"yə rəqib olan "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç klubun rəsmi saytına keçiriləcək görüş haqqında fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, M.Nikoliç qrup mərhələsinə düşmə şansları haqqında danışıb: 
"Neftçi" ilə hər iki oyunda yaxşı oynamağımız, mübarizə aparmağımız çox önəmlidir. Əgər Bakıda keçiriləcək ilk oyunda sərfəli nəticə əldə etsək, o zaman qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansımız olacaq".
Daha sonra məşqçi "Neftçi" və qapıçı Stamenkoviç haqda fikirlərini bölüşüb:
"Neftçi" haqda ətraflı məlumat toplayacağıq. Lakin ilk öncə çempionata yaxşı start verməliyik. Əsas məqsədimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibə hörmətlə yanaşırıq, ancaq "Neftçi" keçilməz sədd deyil. İki il öncə "Neftçi" ilə qrup mərhələsindəki oyunları yaxşı xatırlayıram. Bu dəfə tərəfləri ehtiyatlı olmağa çağırıram. Stamenkoviçlə hansısa problemin yaşanacağına inanmıram. Rəqib qapıçıya öz işini görməyə imkan verməliyik. Onun işi müdafiə olunmaq və qapısından top buraxmamaqdır".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43