Ukrayna Premyer Liqasında XII turun oyunları keçirilib.
Millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə lider Donetsk “Şaxtyor”u ilə heç-heçə edib – 0:0.
Bu, “Şaxtyor”un mövsümdə ilk xal itkisi olub.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” 12 turdan sonra 20 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.