“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
28 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə oyunda start heyətdə meydana çıxıb. O, 63-cü dəqiqədə əvəzlənib. Görüş Kabo-Verde millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Kabo-Verde 4 xalla 2-ci pillədə qərarlaşıb. Nigeriya 6 xalla qrup lideridi.