Kateqoriyasız

Patrik Andrade: “Qarabağ”dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu”

Afrika Millətlər Kubokunun Kamerun və Mozambiklə seçmə mərhələ oyunları üçün Kabo-Verde milli komandasına dəvət alan “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun saytına açıqlama verib.

28 yaşlı yarımmüdafiəçi milliyə dəvət almasında Ağdam təmsilçisində uğurlu çıxışının əhəmiyyətli rol oynadığını bildirib:

“Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb. “Qarabağ”dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına dəvət aldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmdə oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43