Niderland millisinin sabiq hücumçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçi postuna təyin ediləcək.
İdmanxeber.az-ın məlumatına görə, yerli federasiya ayın 12-də mütəxəssisə təqdimat mərasimi keçirəcək. Onun qarşısına dünya çempionatına vəsiqə qazanmaq məqsədi qoyulub.
48 yaşlı mütəxəssis iki dəfə Niderland və “Ayaks”la bir dəfə Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində Türkiyənin “Adana Demirspor” klubunun baş məşqçisi, Kamerun yığmasının köməkçi məşqçisi kimi çalışıb.