Bakının "İnter" klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, "bankirlər" braziliyalı futbolçu Paulinyonu heyətinə qatıb. Ampulaca hücumçu olan oyunçunun son klubu ölkəsinin B seriyasında mübarizə aparan "Braqantino" olub. O, bu komanda ilə cəmi 6 matça çıxa bilib.
Qeyd edək ki, Paulinyo karyerası ərzində “Palmeyras”, “Uniao Barbarense”, “Demokrata”, “Haken”, “Erebru” və “San Xose” kimi klublarda da çıxış edib.