AFFA-nın bayrağı altında keçirilən liqalardan kənarlaşdırılan “İrəvan”nın yerinə II Liqada çıxış edəcək komanda bəlli olub.
İdmanxeber.az-a daxil olan məlumata görə, qurum “Şəfa”nın yenidən II liqada oynamasını məqbul sayıb. Komanda ötən mövsüm çempionatda 13-cü pilləni tutmuşdu.
Pley-off görüşündə “Haypers”ə iki matçda da məğlub olan Bakı klubu əsasnaməyə görə, Region Liqasında mübarizə aparmalı idi.
Ancaq AFFA “Şəfa”nın növbəti mövsüm də II Liqada qalmasına qərar verib.