Üç turdan sonra xalsız qalan “Keşlə” baş məşqisi Sənan Qurbanovla yola davam edir.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə” məğlubiyyətindən sonra paytaxt klubunda iclas olmayıb. Uğursuz nəticələrin Qurbanovun komandadan ayrılmasına dəlalət etsə də, faktiki klub qərar verməkdə tələsmir.
Lakin qarşıdakı iki turda da ssenari dəyişməzsə Qurbanovun komandadan göndəriləcəyi dəqiqdi.
Qeyd edək ki, “Keşlə” ilk üç turdan sonra xal qazana bilməyib və “Sabah”la 7-8-ci yerləri bölüşür.