“Roma” və PSJ Leandro Paredes üçün razılığa gəlməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu argentinalı oyunçu ilə 2+1 illik müqavilədə razılaşıb. Klublar arasında bütün imzalar atıldıqdan sonra Paredes İtaliyaya tibbi baxışdan keçəcək.
29 yaşlı yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib. O, burada 35 oyuna çıxıb və 1 qol vurub.