Dünya futbolu

Paytaxt klubunda yeni futbolçu

Türkiyə Super Liqa təmsilçisi “Ankaragücü” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Ankara klubu Gökhan Törə ilə anlaşıb. 31 yaşlı futbolçu ilə mövsüm sonuna qədər icarə əsasında paytaxt təmsilçisində çıxış edəcək.

Müqavilə ilə “Adana Demirspor”a məxsus olan Töre komandada az forma şansı görüdüyü üçün klubdan ayrılmaq istəyib. Təcrübəli oyunçu əgər “Ankaragücün”də davamlı oynasa, klubla yeni müqavilə bağlaya bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43