17 Yanvar 2025
Ölkə futbolu

Paytaxt klubundan son dəqiqə transferi – 10 min manat təzminat ödənəcək

Azərbaycan II Liqa təmsilçisi “Şəfa” heyətini gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu “Şahdağ Qusar”dan Ruslan Hacıyevlə anlaşıb. “Səbail”in sabiq üzvü artıq “Şəfa”da çıxış edəcək.

Hacıyevin Qusar klubu ilə mövsüm sonuna qədər müqaviləsi olsa da, rəhbərlər arasında əldə olunmuş razılıq transferin gerçəkləşməsi ilə nəticələnib. “Şəfa” futbolçu üçün qarşı tərəfə 10 min manata yaxın təzminat ödəyəcək.

Xatırladaq ki, hər iki komanda II Liqada çempionluq mübarizəsi aparır. Qusar klubu turnir cədvəlində birinci, “Şəfa” isə ikinci sırara qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43