“Neftçi” ilə oyuna hazırlaşan AZAL-da daha bir futbolçu mövsümü artıq başa vurub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ötən həftə “Simurq”la qarşılaşmada ciddi zədə alan Samuel Barlay bir müddət yaşıl meydanlarda uzaqda qalacaq. Qasıq nahiyəsində yırtıq əmələ gələn yarımmüdafiəçi ən azı üç həftə istirahət etməlidir. Bu səbəbdən qarşıdakı üç turda Barlay komandasına kömək edə bilməyəcək.