Ölkə futbolu

Paytaxt klubunun futbolçusu üçün mövsümü erkən bitdi

“Neftçi” ilə oyuna hazırlaşan AZAL-da daha bir futbolçu  mövsümü artıq başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  ötən həftə “Simurq”la qarşılaşmada ciddi zədə alan Samuel Barlay bir müddət yaşıl meydanlarda uzaqda qalacaq. Qasıq nahiyəsində yırtıq əmələ gələn yarımmüdafiəçi ən azı üç həftə istirahət etməlidir. Bu səbəbdən qarşıdakı üç turda Barlay komandasına kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43