“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”da işıqlandırma ilə bağlı problem davam edir. Bu səbəbdən də paytaxt təmsilçisi mövsümün ilk yarısının son oyunlarını gündüz saatlarında keçirmək məcburiyyətində qaldı.
Problemin aradan qaldırılıb-qaldrılmadığını öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına bunları dedi:
“Yeni ilə qədər çalışmalar bütün sürəti ilə davam edirdi. Ancaq indi qeyri-iş günləri olduğu üçün dəqiqi nəsə deyə bilməyəcəm. Yəqin ki, bir neçə gün ərzində problemin həll olunub-olunmadığı barədə konkret məlumat verilər”.
Elnur İsmayılov