Yenidən Premyer Liqaya dönən “Şamaxı” ilk turda uğurlu nəticə əldə edə bilib.
“Şirlər” ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah”la matçda əzmkarlıq nümayiş etdirərək Bakını 1 xalla tərk edə bilib – 2:2.
İdmanxeber.az-a daxil olan məlumata görə, bu heç-heçəyə bölgə klubunun rəhbərliyi biganə qalmayıb. Belə ki, Masazırda qazanılan 1 xala qarşılıq əsas heyətdə yer alan hər bir futbolçuya 600 azn “premya” vəd olunub. Daha sonradan meydana çıxan futbolçulara 450, ehtiyatda oturan oyunçuların hər birinə isə 300 manat mükafat veriləcək.