“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubundan ayrılmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu komanda ilə müqavilə uzatmağa qərar verib. Tərəflər 2030-cu ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzlayacaq.
22 yaşlı Pedri bu mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.