Dünya futbolu

Pelleqrini futbolçularını aldatdı

“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini Premyer Liqada oynadıqları “Vest Ham” matçında futbolçularını aldadıb.

Çilili çalışdırıcı oyunun fasiləsində “Mançester Yunayted”in “Sauzthemton”la 1:1 bərabərə qalmasına baxmayaraq, futbolçulara “qırmızı şeytanlar”ın qalib gəldiyini deyib.

Bu barədə “şəhərlilər”in futbolçusu Mikah Riçards məlumat verib: “Baş məşqçimiz bizə “MY”nın qələbə qazandığını söylədi. “Çelsi” və “Arsenal”ın da qalib gəldiyini bilirdik. Biz də meydana çıxıb, üç xalı qazandıq”.

Qeyd edək ki, fasiləyə 1:0 hesablı üstünlüklə yollanan “Mançester Siti” ümumi hesabda 3:1 hesabı ilə rəqibini məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43