28 Sentyabr 2024
Dünya futbolu

Pep əsas rəqiblərini açıqlayıb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında komandasının iki əsas rəqibinin adını açıqlayıb.

İdmanxeber.az məlumat verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Leypsiq”lə matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırarkən bunları deyib:

“1/4 finalda kimlə qarşılaşacağımı bilmirəm. Bu, püşkdən aslıdır. Əhəmiyyətli olan odur ki, ardıcıl 7 ildir ki, turnirin bu mərhələsindəyik. Çempionlar Liqasında əsas rəqibimiz “Bavariya” və “Real”dır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43