“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “şəhərlilər”dən ayrıldıqdan sonra başqa klubda işləmək fikrində olmadığını bildirib:
“Başqa komandanı çalışdırmaq fikrində deyiləm. Mən uzunmüddətli gələcək haqqında danışmıram, amma “Mançester Siti”ni tərk edib, başqa ölkəyə getmək və indi etdiyim işi görməyi düşünmürəm Ola bilsin ki, milli komandada çalışdım. Amma bu, başqa məsələdir”.
İspan mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Qvardiola “şəhərlilər”lə müqaviləsini noyabrda 2027-ci ilin yayına kimi uzadıb.