“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Everton”un maliyyə feyr-pley qaydalarını pozduğuna görə 10 xaldan məhrum edilməsini şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis eyni zamanda komandasının adının da bu durumda hallanmasını münasibət bildirib:
“Everton” haqqında bir söz deməyəcəyəm, çünki həqiqətən nə baş verdiyini bilmirəm. Bunlar tamamilə fərqli şeydir. Bilirəm ki, insanlar “Mançester Siti”nin niyə aşağı liqaya düşmədiyi ilə maraqlanır. Amma gözləyək. Günahkar olsaq, cəzasını alacağıq. Nə olursa olsun, mən burada qalacağam”.
12 turdan sonra “Everton” 4 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.