Dünya futbolu

Pep Qvardiola: “İstəsələr, bizə milyon dənə qol vurarlar”

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində ötən gecə keçiriləcən “Mançester Siti”- “Monako” matçı meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

İDmanxeberşcom-un məlumatına görə, qarşılaşmadan sonra ingilislərin baş məşqçisi Pep Qvardiola fantastik qələbəni şərh edib:

“Rəqibin əks-hücumlarının qarşısını almaq çox çətin idi. İstəsələr, bizə milyon dənə qol vurarlar. “Deyərdim ki, təcrübəsiz komandayıq. Turnirdəki çıxışımız son 5-6 ili əhatə edir. “Monako” isə 2004-cü ildə final oynamış klubdur. Cavab oyununda özümüzü inkişaf etdirməli, daha yaxşı oyun sərgiləməliyik. Ən böyük hədəfimiz qol vurmaqdı. Mərhələ şanslarını bərabər hesab edirəm. Düzdü, 5:3 hesablı qələbədən məmnunam, amma arxayınlaşa bilmərik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı martın 15-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43