“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 54 yaşlı ispaniyalı Səudiyyə klublarından birindən sərfəli təklif alıb. Qvardiolanın maaşı “Mançester Siti” ilə müqayisədə bir neçə dəfə arta bilər.
Pep 2016-cı ilin yayından İngiltərə klubuna rəhbərlik edir. Bu il onun təyinatından sonra ilk dəfədir ki, komanda Çempionlar Liqasının 1/8 finalına yüksələ bilməyib.
Premyer Liqada 26 oyundan sonra “Mançester Siti” 44 xalla dördüncü pillədə qərarlaşıb.