Portuqaliyalı müdafiəçi Pepe Avropa çempionatı tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, o, 41 yaşında Çexiyaya qarşı meydana çıxaraq turnirin ən yaşlı futbolçusu olub.
Ona qədər isə rekord AVRO-2016-da 40 yaşında forma geyinmiş macarıstanlı qolkiper Qabor Kiraliyə məxsus idi.
Xatırladaq ki, Portuqaliya yığması Çexiyanı 2:1 hesabı ilə məğlub edib.