Dünya futbolu

Pepe yarımfinalda oynamayacaq

Portuqaliya millisinin futbolçusu Pepe Konfederasiyalar kubokunda yarımfinal oyununu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun A qrupunun sonuncu turunda Yeni Zelandiya ilə matçda sarı vərəqə limitini doldurmasıdır. Turnirdə ikinci sarı vərəqəsini alan 34 yaşlı müdafiəçi cəzalı duruma düşüb.

Qeyd edək ki, Portuqaliya – Yeni Zelandiya görüşü birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43