Ölkə futbolu

PFL açıqladı: “Kəpəz” və “Zaqatala” kubokda çıxış edəcək

Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Ölkə kubokunda püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43