“Simurq” klubu PFL-ə müraciət edərək ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda infrastruktur işlərinin tam yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının 13-cü turunun “Simurq” – “İnter” oyununun “Şəfa” stadionunda, üçüncü dövrənin matçının isə Zaqatala şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bu səbəbdən və “İnter” klubunun razılıq məktubunu nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Topaz Premyer Liqasının 13-cü turunun “İnter” – “Simurq” matçı 09 noyabr 2013-cü il tarixində “Şəfa” stadionunda, 21-ci turunun “Simurq” – “İnter” matçı Zaqatala şəhər stadionunda keçirilsin.
2. Topaz Premyer Liqasının 13 turunda meydan sahibi kimi “İnter”, 21-ci turun meydan sahibi kimi “Simurq” klubu təsdiqlənsin.
PFL-in prezidenti