Premyer Liqanın 28-cu turu çərçivəsində keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" oyununda təhlükəsizlik xidməti gücləndiriləcək.
Bu barədə idmanxeber.com-a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Qurum rəsmisi bildirib ki, "Böyük oyun"un təhlükəsiz tədbirləri digər oyunlara nisbətən daha da gücləndiriləcək, digər məsələlər isə klubların özündən asılıdı.
Qeyd edək ki, "Neftçi" – "Xəzər Lənkəran" oyunu saat martın 29-da, saat 17:00-da başlayacaq və "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.