06 Oktyabr 2024
İdman

PFL bu dəfə də “Kəpəz”in xahişini yerə salmadı

Azərbaycan Premyer Liqasının 7-ci turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirilib. 

İdmanxeber.com-un məlumatına görə, komandalar I dövrənin oyununu sentyabrın 29-da Qəbələdə keçirəcək.
 
Gəncə təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək “Kəpəz” – “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib.
 
Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL oyunun Qəbələ şəhər stadionunda keçirilməsinə, meydan sahibi kimi “qırmızı-qaralar”ın göstərilməsinə qərar verib.
 
Komandaların iştirakı ilə 13-cü turda keçiriləcək oyunda meydan sahibi  “Kəpəz” olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43