Kateqoriyasız

PFL bu oyunu təxirə saldı

Futbol üzrə Azərbaycan I Divizionda V turun oyun cədvəli açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə,  ölkəmizi UEFA Gənclər Liqasında təmsil edən “Qəbələ”nin müraciəti və “Səbail”in razılığı ilə turun “Səbail-2” – “Qəbələ-2” oyunu oktyabrın 19-dan noyabrın 11-nə təxirə salınıb. Bu haqda PFL-in saytı məlumat yayıb.

Turun “Zirə-2” – “Sabah-2” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun yutub kanalında canlı yayımlanacaq.

19 oktyabr (çərşənbə axşamı)

“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança), 15:00

“Keşlə-2” – “Qarabağ-2”
“ASK Arena”, 15:00

20 oktyabr (çərşənbə)

“Zirə-2” – “Sabah-2”
“ASK Arena”, 14:00

MOİK – “Zaqatala”
Binə qəsəbə stadionu, 14:00

“Turan Tovuz” – “Qaradağ Lökbatan”
Tovuz şəhər stadionu, 14:30


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43