Kateqoriyasız

PFL-dən cavab gəldi: “Oyun qaydalarında göstərilib ki, hakimlərlə futbolçuların və ya qapıçının forması eyni rəngə olmamalıdı”

"Oyun qaydalarında göstərilib ki, qapıçının, futbolçuların forması hakimlərin geyindiyi forma ilə eyni rəngdə olmamalıdı. Hətta qapıçının geyindiyi formanın rəngi belə öz futbolçu yoldaşlarının forması ilə eyni ola bilməz".

Bu sözləri İdmanxeber.com-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Premyer Liqanın III turunun açlışı oyununda "Neftçi" ilə "Simurq" klubları qarşılaşdı. 

Oyunda diqqət çəkən məqam isə paytaxt klubunun qapıçısı Saşa Stamenkoviçin geyindiyi formanın rəngi oyunu idarə edən hakimlərin futbolkalarının rəngi ilə eyni olması idi.

Qurum rəsmisi məsələyə münasibət bildirərkən, daha sonra bunları deyib:

"Oyundan 1 saat  öncə hakimlər, AFFA nümayəndəsi, oyunun hakim-inspektoru, yanğınsöndürən, həkimlər və klub nümayindələri bir yerə toplanıb, iclas keçirilər. Həmin iclasda klub nümayəndələri hansı forma ilə çıxış edəcəklərini hakimlərə təqdim edirlər. Hakimlər qərar verir ki, bu formada oynamaq olar, ya yox. Bu oyun qaydasıdı. Yəni, əsasnamədə eyni rəngli forma ilə çıxış etmək olmaz".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43