"Xəzər Lənkəran" – "Neftçi" arasında keçiriləcək matç üçün azarkeş qadağası ləğv olunacaq.
İdmanxeber.com-un məlumatına görə, bunun üçün gərək Lənkəranda keçiriləcək oyuna "Neftçi" fanatları buraxılmasın və belədə qərar hər iki tərəfə tətbiq olunmuş olar. Ona görə də, qərarın Lənkəranda keçiriləcək "Böyük oyun"dan sonra ləğv olunacağı gözlənilir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən son oyuna "Xəzər Lənkəran" azarkeşləri buraxılmamışdı.