21 Dekabr 2024
Kateqoriyasız

PFL hakimləri qonorardan məhrum edə bilər

Azərbaycanın futbol üzrə Premyer Liqasını idarə edən hakimlərə qarşı yeni sanksiya tətbiq edilə bilər.
 
Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çərşənbə axşamı Trend-ə bildirib ki, o, Premyer Liqanın oyunlarını idarə edən hakimlərin aşağı bal alacaqları təqdirdə qonorardan məhrum edilmələrini təklif edir: “Hər bir hakimə idarə etdiyi oyunun nəticəsinə görə qiymət verilir. Təklif irəli sürəcəyəm ki, 7-6 baldan aşağı qiymət alan hakimlər oyuna görə qonorar almamalıdırlar”.
 

Musayev Premyer Liqanın 2013/2014 mövsümü üçün hakim səhvlərini də şərh edib: “Bizim xeyli gənc, perspektivli hakimlərimiz var. Ola bilər ki, onlar səhvə yol veriblər. Lakin əsas odur ki, qərəz olmasın. Qərəz yoxdursa, hakim səhvlərini bağışlamaq olar”.

Qeyd edək ki, Premyer Liqanın oyununu idarə edən əsas hakim bir oyuna görə 700 manat, kənar hakimlər 400 manat qonorar alırlar. Hakimlərin oyunu idarə etməsi 10 ballıq şkala ilə qiymətləndirilir: 10 maksimum, 4 minimum bal hesab edilir.
 
Xatırladaq ki, Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan “Qarabağ” – “Xəzər Lənkəran” oyununda baş hakim Rəhim Həsənovun, həmçinin “Sumqayıt” – “Qəbələ” oyununda isə hakim Orxan Məmmədovun yol verdikləri səhvlərlə bağlı “Xəzər Lənkəran” və “Qəbələ” klublarının rəhbərliyi PFL-ə etirazlarını ünvanlayıblar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43