14 Oktyabr 2024
Kateqoriyasız

PFL “Kəpəz”lə bağlı qərarını sabaha saxladı

Premyer Liqanın II turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Kəpəz”in rəqibini Gəncədə qəbul edib-etməyəcəyi sual altındadı. 

Bu barədə İdmanxeber.com-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu gün xüsusi komissiya Gəncədə stadionun durumu ilə yerində tanış olaraq, PFL-ə məlumat verəcək. PFL isə matçın Gəncədə keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarını sabah açıqlayacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasının 2-ci turunda “Kəpəz” “Zirə”ni qəbul edəcək. Qarşılaşma avqustun 16-da, saat 18:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43