Kateqoriyasız

PFL oyunların vaxtını açıqladı

Azərbaycan 1-ci divizionunda 3-cü turun oyun cədvəli məlum olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, turun matçları 3 gündə keçiriləcək.

28 sentyabr (çərşənbə axşamı)

15:00. “Kəpəz” – “Qarabağ-2”
Gəncə şəhər stadionu

16:00. “Neftçi-2” – “Qaradağ Lökbatan”
Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança)

29 sentyabr (çərşənbə)

15:00. “Turan Tovuz” – “Sabah-2”
Tovuz şəhər stadionu

16:00. “Səbail-2” – “Zaqatala”
“ASCO Arena”

15:00. “Zirə-2” – MOİK
“ASK Arena”

4 oktyabr (bazar ertəsi)

15:00. “Keşlə-2” – “Qəbələ-2”
“ASK Arena”

Qeyd edək ki, “Qəbələ” U-19 komandasının UEFA Gənclər Liqasına daha yaxşı hazırlaşması məqsədi ilə “Qəbələ” klubunun müraciəti, “Keşlə”nin rəsmi razılığı əsasında “Keşlə-2” – “Qəbələ-2” oyunu 28 sentyabr tarixdən 4 oktyabr tarixə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43