05 Fevral 2025
Kateqoriyasız

PFL Premyer Liqamızda qış transfer pəncərəsinin vaxtını açıqladı

Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsinin müddəti açıqlanıb.

Bu barədə İdmanxeber.com-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, qış “transfer pəncərəsi” yanvarın 4-də açılacaq. Məhz həmin gündən etibarən klublar 30 gün ərzində yeni transferlərini rəsmiləşdirə biləcəklər.

Qeyd edək ki, qış transfer pəncərəsi fevralın 2-də bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43