Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsinin müddəti açıqlanıb.
Bu barədə İdmanxeber.com-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, qış “transfer pəncərəsi” yanvarın 4-də açılacaq. Məhz həmin gündən etibarən klublar 30 gün ərzində yeni transferlərini rəsmiləşdirə biləcəklər.
Qeyd edək ki, qış transfer pəncərəsi fevralın 2-də bağlanacaq.