17 Fevral 2025
Kateqoriyasız

PFL Premyer Liqanın 2 matçını 2 gün ertələdi

“Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” – “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda  keçirilməsinə qərar verib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb “Qəbələ” klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya Dortmund” klubuna qarşı keçirəcəyi matçdı.

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” – “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43