Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri avtomobil qəzasına düşüb.
Hadisə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verib.
“Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Nəticədə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, həmçinin sürücü Rasim Qafarlı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə çağırılıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində onlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.