23 Oktyabr 2024
Ölkə futbolu

PFL rəsmisi Konfrans Liqası oyununda

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

İdmanxeber.az məlumat verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA Konfrans Liqası turnirinin 1/8 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43