Ölkə futbolu

PFL təxirə salınmış oyunların keçirilmə vaxtını açıqladı

“Bakılı” klubunun 5 üzvünün 25 oktyabr-04 noyabr 2014-cü il tarixlərində Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində  təlim-məşq toplanışında iştirak etməsi səbəbindən təxirə salınmış “Bakılı” – “Şuşa” və “Mil Muğan” – “Bakılı” matçlarının keçirilmə tarixi müəyyənləşib.

VIII turdan təxirə salınmış “Bakılı” – “Şuşa” matçı 10 noyabrda, IX turdan təxirə salınmış “Mil-Muğan” – “Bakılı” matçı 17 noyabrda reallaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43