“Barselona”nın futbolçusu Cerard Pike maraqlı açıqlamalar verib.
İdmanxeber.com-un məlumatına görə, ispaniyalı müdafiəçi İngiltərə Premyer Liqasının çətinliyini vurğulayıb.
Pikenin sözlərinə görə, nə “Real” nə də “Barsa” İngiltərə Premyer Liqasında ilk mövsümdən çempionluq mübarizəsinə qoşula bilməz:
“İngiltərə Premyer Liqasında mübarizə tamamən fərqlidi. Burada “Stok” və bu kimi komandalarla səfərdə oynamaq çox çətindi. Nə “Real” nə də “Barsa” ilk mövsümdə İPL-də çempion ola bilməz”