Dünya futbolu

Pike “Real”a qarşı oynayacaqmı?

Ötən gün “Napoli” ilə matçda zədələnərək meydanı tərk edən “Barselona”nın futbolçusu Pike “El Klasiko”da oynayacaq.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçinin zədəsi ciddi deyil və “Real”la görüşdə katalonlara kömək edə biləcək.

Qeyd edək ki, “Real Madrid” – “Barselona” qarşılaşması martın 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43