Kateqoriyasız

Pikedən “Barselona”ya jest

“Barselona”sından ayrılacağını və karyerasını bitirəcəyini açıqlayan Jerar Pike komandasına jest edib.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi ona çatmalı olan 50 milyon avronu kluba bağışlayıb. Futbolçunun bu addımı komandadakı maddi itkiləri azaltmağa imkan verəcək.

Qeyd edək ki, Jerar Pike noyabrın 5-də “Barselona”da vida oyununa çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43