“Barselona”nın “Selta Viqo” məğlubiyyəti istefaya səbəb olmayacaq.
İdmanxeber.com-un məlumatına görə, “Barselona”nın idman direktoru Subisaretta veridiyi müsahibəsində ardıcıl iki dəfə məğlub olmalarına baxmayaraq Luis Enrikenin istefasının gündəmdə olmadığını deyib.
Pikenın adının iştirak ərizəsində nədən olmadığını bilmədiyini qeyd edən idman direktoru: “əsas heyəti baş məşqçı müəyyənləşdirir, bu sualı ona verin”- deye bildirib.
Qeyd edək ki, “Barselona” dünən La Liqada “Selta Viqo” komandasına 1 – 0 hesabı ilə məğlub olub.