“Milan” ötən gecə Avropa Liqasının pley-off turunun ilk oyununda “Renn”i (3-0) məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, görüşün qəhrəmanı dubl edən Ruben Loftus-Çik olub. “Rossoneri”nin baş məşqçisi Stefano Pioli oyundan sonra ingiltərəli yarımmüdafiəçi barədə danışıb:
“Mən “Latsio”da olarkən Milinkoviç-Saviçi çalışdırmışam. Loftus-Çik mənə onu xatırladır”.
28 yaşlı oyunçu ötən ilin yayında “Çelsi”dən “Milan”a keçib. O, bu mövsüm bütün turnirlərdə 26 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.