Fevralın 2-də baş tutacaq “Yuventus” – “İnter” oyunundan sonra, Turin təmsilçisinin rəhbərliyi, Andrea Pirlo ilə müqavilənin artırılması ilə bağlı rəsmi məlumat verəcək. Bu gün artıq İtaliya yığmasının futbolçusu xəbər verib ki, müqaviləsini artırmaq istəyir. İndi isə müqavilənin maddi tərəfi də məlumdur. Pirlo “Yuventus”da 2016-cı ilə qədər qalacaq və hər il 4 milyon avro qazanacaq. Bundan əlavə müqavilədə əlavə bonuslar da olacaq.
Pirlonun “Yuventus”dakı taleyinə aydınlıq gəldi
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43