Millinin oyunları səbəbindən bu mövsüm tez start götürəcək aşağı yaş üzrə liqaların başlamasına az bir vaxt qalıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” klubunda aşağı yaş qrupları ilə bağlı qeyri-müəyyənlik var. Belə ki, Gəncə təmsilçisinin heç bir komandası hələ də məşqlərə start verməyib. Klub rəhbərliyi bununla bağlı tapşırıq versə də, məşqçilər buna məhəl qoymur.
Buna səbəb isə aşağı yaş qrupları üzrə təyin edilən məşqçilərlə müqavilə bağlanmamasıdır. Rəhbərliyin maliyyə problemlərinə görə hələ də onlarla rəsmi sözləşmə imzalamadığı ehtimal olunur.
Qeyd edək ki, U 17 və Gənclər Liqası avqustun 13-də, U 15 ilə U 16 20-də, qalan yaş qrupları isə sentyabrın 1-ci-2-ci həftəsində start götürür.