Dünya futbolu

Platini Blatteri ittiham etdi

UEFA-nın sabiq prezidenti Mişel Platini eks FİFA rəhbəri Sepp Blatter haqqında danışıb.

Fransız futbol adamı Blatter haqqında çox sərt ifadələr səsləndirib. “La Monde”yə açıqlama verən Platini keçmiş FİFA prezidentinin çox eqoist insan olduğunu deyib:

“Blatter tanıdığım ən eqoistl insandı. O, heç vaxt başqalarını müdafiə etməzdi, hər zaman özünü düşünürdü. Məni də müdafiə etmədi. Yeganə məqsədi FİFA-nın baxçasında dəfn olunmaq idi. Həmişə mənə söz atırdı və məni görməzdən gəlirdi. Mənimlə prinsip apardığını anlamışdım”.

Qeyd edək ki, FİFA-dan 2 milyon İsveçrə fankı alan və bu pulu nə üçün aldığını sübut edə bilməyən Platini 8 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Sonradan onun cəzası 4 ilə endirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43