Ölkə futbolu

Pley-off oyununu FIFA referisi idarə edəcək

“Şəfa” və “Hypers” komandaları arasında keçiriləcək futbol üzrə II Liqaya vəsiqə uğrunda ilk pley-off oyununun təyinatları bəlli olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.

29 may

17:00. “Şəfa” – “Hypers”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“ASCO Arena”

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43